Lebron Ceyms məşqçi olmayacağını açıqladı

Lebron Ceyms məşqçi olmayacağını açıqladı
08.09.2025 17:27 İdman

“Los-Anceles Leykers” klubunun lideri, 40 yaşlı LeBron Ceyms basketbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyət göstərməyəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, o, CGTN Sports Scene kanalına müsahibəsində məşqçi olmayacağını açıqlayıb.  

“Heç bir məşqçilik fəaliyyəti olmayacaq. Məni oyunun özü ilhamlandırır. Mən basketbolu sevirəm, amma gələcəkdə məşqçi olmaq planım yoxdur”, – deyə Lebron Ceyms vurğulayıb.

Qeyd edək ki, ötən mövsüm Ceyms ABŞ Milli Basketbol Assosiasiyası (NBA)  çərçivəsində 75 oyunda çıxış edib. O, bu qarşılaşmalarda orta hesabla 24,5 xal, 7,9 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər