Dünya çempionatına son hazırlıq - Azərbaycan millisi həlledici mərhələdə

Dünya çempionatına son hazırlıq - Azərbaycan millisi həlledici mərhələdə
14.10.2026 19:40 İdman

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası dünya çempionatının son hazırlıq mərhələsinə start verib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Baş məşqçi Məhəmməd Bənanın, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən hazırlıq prosesində taktiki-texniki məşqlərə və rəqiblərin təhlilinə xüsusi diqqət yetiriləcək.

Təlim-məşq toplanışına Eldəniz Əzizli, Emin Cavadlı (hər ikisi 55 kq), Murad Məmmədov, Nihad Quluzadə (hər ikisi 60 kq), Nihat Məmmədli, Tural Əhmədov (hər ikisi 63 kq), Həsrət Cəfərov, Məhəmməd Qasımzadə (hər ikisi 67 kq), Ülvü Qənizadə, Fəraim Mustafayev (hər ikisi 72 kq), Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov (hamısı 77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov (hamısı 87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov və Beka Kandelaki (hər ikisi 130 kq) cəlb olunublar.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlar oktyabrın 24-27-də baş tutacaq.

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər