La Liqa prezidenti: “İnsan faktoru futbolun əsas hissəsidir”

İdman

18.12.2025 18:02

La Liqanın prezidenti Xavyer Tebas futbolun gələcəyi ilə bağlı fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb. 

Tebas, texnologiyaların inkişafının idmana təsirini qəbul etsə də, oyunun qaydalarında radikal dəyişikliklərin əleyhinə olduğunu bildirib.

O, futbolun ənənələrinin və insan faktorunun qorunmasının vacibliyini xüsusi vurğulayıb.

“11 futbolçu 11 futbolçuya qarşı - bu, hələ də futbol olaraq qalacaq. İnsan faktoru yenə də həlledici rol oynayacaq.

Qaydaları dəyişmək bizim üçün çətindir. Həddi aşmamalıyıq və Çempionlar Liqası modelini kor-koranə tətbiq etməməliyik. Futbolun böhranda olduğu deyilir, lakin o, hələ də dünyanın ən populyar və ən dəyərli idman növü olaraq qalır”, — deyə Tebas bildirib.

Namiq HUN

TodayPress TV

tag: La Liqa,Xavyer Tebas,Futbol,Texnologiya,Todaypress.tv,