Kurtua tarix yazır, “Real” yoluna davam edir

İdman

15.12.2025 10:38

“Real Madrid” klubunun qolkiperi Tibo Kurtua La Liqanın XVI turunda “Alaves”i (2:1) məğlub etdikləri matçdan sonra klubdakı 200-cü qələbəsini şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Belçikalı qolkiper “kral klubu”nun heyətində bu nailiyyətə çatmasından məmnunluğunu bildirib:

“200 qələbəyə çatmaq əladır, amma bu il hələ çox qələbə qazanmalıyıq. Son oyunda xarakter göstərdik. Qələbə fərdi səylərin nəticəsi oldu. İşimizi davam etdirməliyik. Oyunumuz ideal deyildi, amma əsas məsələ üç xal idi. Eyni ruhda davam etməliyik: əvvəlcə Talaverada, sonra isə evdə “Sevilya”ya qalib gələrək ili yüksək notda başa vurmaq lazımdır”.

Qeyd edək ki, Tibo Kurtua “Real Madrid”in heyətində indiyədək 310 oyun keçirib, 302 qol buraxıb və 122 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Namqi HUN

TodayPress TV

tag: Real Madrid,Tibo Kurtua,Klub,Qələbə,Todaypress.tv,