Kriştianu Ronaldonun toyu dünya ulduzlarını bir araya gətirəcək
Kriştianu Ronaldo toyuna Həbib Nurməhəmmədov və Konor Makqreqoru dəvət edib.
TodayPress TV xəbər verir ki, bu barədə “MMA Weekly” nəşri məlumat ya yıb.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo keçmiş UFC çempionlarına Corcina Rodrigeslə keçiriləcək toy mərasiminə dəvət göndərib.
Ronaldo və Corgina Rodrigesin toyu gələn həftəsonu Portuqaliyanın Madeyra adasında baş tutacaq.
Dəvət olunan qonaqlar arasında musiqiçilər Dreyk, Rihanna və Cennifer Lopez, məşhur bloger IShowSpeed, britaniyalı teleaparıcı Pirs Morqan və digər tanınmış simalar da yer alır.
Məlumata əsasən, nikah mərasimi Funşal kafedralında keçiriləcək. Bundan sonra cütlük toy məclisini şəhərdə yerləşən beşulduzlu otellərdən birində təşkil edəcək. Tədbirlə əlaqədar otel rəhbərliyi qonaqlara cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə bar zonasının bağlı olacağını bildirib.
Qeyd edək ki, Funşal Kriştianu Ronaldonun doğulduğu şəhərdir. Portuqaliyalı ulduz futbolçu Corcina Rodrigesə 2025-ci ildə evlilik təklifi edib. Cütlük 2016-cı ildən münasibətdədir.
Namiq HUN