Könül Əliyeva dünya çempionatında mübarizəni dayandırdı

Könül Əliyeva dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026 15:33 İdman

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

TodayPress TV xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rusiyalı Sabina Giliazovaya uduzub.

K.Əliyeva 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

***

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

TodayPress TV xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib.

K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.

XƏBƏR LENTİ
04 OKTYABR 2026
Bütün Xəbərlər