Konte ayrılığa hazırlaşır – yeni ünvanı məlum oldu
Antonio Konte ilə “Napoli” arasında yolların ayrılması ehtimalı gündəmə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Canlua Di Marsio məlumat yayıb.
Mənbənin iddiasına görə, tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilənin vaxtından əvvəl ləğvi variantı getdikcə daha real görünür.
“Napoli”nin yeni baş məşqçi postuna əsas namizədi isə Maurisio Sarri hesab olunur. Bildirilir ki, artıq ilkin təmaslar baş tutub və klub rəhbərliyi mütəxəssisin Neapola qayıdışına nikbin yanaşır.
Xəbərdə qeyd olunur ki, Konte komandadan ayrılacağı halda İtaliya yığması variantını nəzərdən keçirə bilər.
Bununla yanaşı, Sarrinin xidmətində “Atalanta” da maraqlıdır. Əgər Berqamo təmsilçisinin rəhbərliyi prosesə ciddi müdaxilə etməsə, “Napoli”nin əsas planı məhz Sarrini geri qaytarmaq olacaq.
Neapol klubunun alternativ variantları sırasında Vinçentso İtalyano, Massimiliano Alleqri və Fabio Qrosso da yer alır.
Qeyd edək ki, “Napoli” A Seriyasında mövsümün başa çatmasına bir tur qalmış ikinci pillədə qərarlaşıb və UEFA Çempionlar Liqasına vəsiqəni təmin edib.
Namiq HUN