Konor Makqreqordan səs-küylü çağırış

İdman

07.01.2026 12:08

UFC-nin yarımyüngül (66 kq) və yüngül (70 kq) çəki dərəcələrində ikiqat keçmiş çempionu, 37 yaşlı irlandiyalı Konor Makqreqor MMA qaydaları üzrə revanş döyüşü keçirməyə hazır olduğunu bəyan edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Makqreqor X sosial şəbəkəsində yazıb.

Onun potensial rəqibi 48 yaşlı, beş çəki dərəcəsində keçmiş dünya boks çempionu Floyd Meyvezer ola bilər.

Makqreqor bu döyüşün Ağ Evdə keçiriləcək UFC turniri çərçivəsində baş tuta biləcəyini də istisna etməyib.

“Meyvezer, MMA qaydaları ilə vəd etdiyin döyüşə hazır olanda mən buradayam. Eşitmişəm ki, yayda Ağ Evdə yaxşı turnir olacaq. Maykl, mən sadəcə zarafat edirəm! Baxmayaraq ki, istəsəm, bir gecədə ikinizlə də döyüşə bilərəm. Floydu MMA qaydaları ilə asanlıqla 10 saniyəyə məğlub edərəm”, - deyə Makqreqor bildirib.

Namiq HUN

TodayPress TV

tag: Konor Makqreqor,Floyd Meyvezer,UFC,Boks,Todaypress.tv,