Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı

Konfrans Liqası: "Zirə"nin hakim təyinatları açıqlandı
26.06.2026 22:02 İdman

"Zirə"nin UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində evdə və səfərdə "Torpedo"ya (Gürcüstan) qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

TodayPress TV xəbər verir ki, iyulun 8-də Sumqayıtda baş tutacaq "Zirə" - "Torpedo" oyununu finlandiyalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Yani Hüytiyə yan xətt hakimləri Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcəklər. Dördüncü hakim isə Peyman Simani olacaq.

16 iyul tarixində səfərdə keçiriləcək görüşdə isə oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək.

Baş hakim Mihali Kapraya yan xətt hakimləri İstvan Albert və Bense Belitsa köməklik edəcəklər. Dördüncü hakim isə Marsel Derdak olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Bütün Xəbərlər