Köndələnçayda medal yağışı: İdmançılarımız rəqib tanımadı!

Köndələnçayda medal yağışı: İdmançılarımız rəqib tanımadı!
29.09.2026 15:23 İdman

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ilk günündə Azərbaycan idmançıları uğurla çıxış edərək 4 medal qazanıblar.

TodayPress TV xəbər verir ki, Füzulidə yerləşən Köndələnçay su anbarında keçirilən ilk mərhələdə 1 nəfərlik kayak və kanoe qayığında 200 metr məsafəyə yarışlar təşkil olunub. 

1 nəfərlik kayak yarışında Əlimurad Hacızadə 45.29 saniyə nəticə ilə qızıl medal qazanaraq çempion olub. Komanda yoldaşı Nuran Rəhimli isə 47.92 saniyə göstərici ilə fəxri kürsünün ikinci pilləsində yer alıb.

Bürünc medalları isə 1 nəfərlik kanoe yarışında Hüseyn Səmədli (51.48) və kayak yarışında Elmir Tarverdiyev (44.67) millimizin hesabına yazdırıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər