“Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir

“Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir
18.08.2026 09:25 İdman

“Çelsi” klubunun hücumçusu Liam Delap İtaliya A Seriyasında çıxış edən “Komo”nun marağına baxmayaraq, İngiltərə Premyer Liqasında (APL) qalmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Aleks Kruk “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, “Çelsi” Delap üçün ən azı 47 milyon avroluq təklif gəldiyi halda futbolçunu satmağa hazırdır.

Liam Delap ötən ilin yayında “İpsviç”dən “Çelsi”yə transfer olunub. Hücumçu geridə qalan Premyer Liqa mövsümündə 28 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalında 23 yaşlı futbolçunun hazırkı bazar dəyəri 28 milyon avro təşkil edir.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər