Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi

Klublararası DÇ-dən sonra FIFA tənqid hədəfinə çevrildi
03.08.2026 09:00 İdman

FIFA Klublararası Dünya Çempionatından sonra nəzərdə tutulan 250 milyon dolları hələ də ödəməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, FIFA 2025-ci il Klublararası Dünya Çempionatına vəsiqə qazana bilməyən klublara ayrılması planlaşdırılan 250 milyon ABŞ dolları məbləğində həmrəylik ödənişlərini hələ də köçürməyib.

Bildirilib ki, həmin vəsait turnirdən əldə olunan gəlirlərin futbol sistemində daha ədalətli bölüşdürülməsi və yarış iştirakçıları ilə digər klublar arasındakı maliyyə fərqinin azaldılması məqsədi daşıyırdı.

İlkin plana əsasən, yüksək liqalarda çıxış edən hər klubun təxminən 67,5 min ABŞ dolları məbləğində ödəniş alması nəzərdə tutulurdu.

Qeyd edək ki, 2025-ci il Klublararası Dünya Çempionatının qalibi finalda PSJ-ni 3:0 hesabı ilə məğlub edən “Çelsi” olub.

Namiq HUN

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər