Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin

Klopp futbolçulara çağırış etdi: Özünüzü sübut edin
24.07.2026 14:37 İdman

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp yığmaya futbolçu seçimində hansı prinsiplərə üstünlük verəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, almaniyalı mütəxəssis millidə yalnız yüksək səviyyədə çıxış edən və qələbə qazanmaq istəyi nümayiş etdirən futbolçuların yer alacağını bildirib.

“Millidə kifayət qədər güclü olanlar oynayacaq. Qələbəyə ac olanlar və Almaniya millisinin formasını geyinəndə daha da güclənən futbolçular şans qazanacaq. Almaniyanı təmsil etməklə fəxr etdiyini demək kifayət deyil, bunu meydanda sübut etmək lazımdır”, – deyə Klopp bildirib.

O vurğulayıb ki, Almaniya millisində oynamaq hüququ olan hər bir futbolçu özünü göstərmək üçün maksimum səy göstərməlidir.

“Mən onların hamısını izləyəcəyəm. Qapılarım hər kəsin üzünə açıqdır. Bu gündən etibarən hər şeyə sıfırdan başlayırıq. Almaniyada və xaricdə çoxlu oyun izləyəcəyəm ki, milliyə layiq futbolçuları müəyyən edim”, – deyə yeni baş məşqçi əlavə edib.

Qeyd edək ki, Yurgen Klopp Almaniya millisinin baş məşqçisi postunda Yulian Nagelsmannı əvəz edib. Onun milli komanda ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər