Keyndən prinsipial rəqibə qarşı soyuqqanlı bəyanat: “İşimi görüb qalib gələcəyəm!”

Keyndən prinsipial rəqibə qarşı soyuqqanlı bəyanat: “İşimi görüb qalib gələcəyəm!”
01.10.2026 14:45 İdman

Münhen “Bavariya”sının hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində London “Arsenal”ına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Bayern & Germany” sosial şəbəkə hesabında paylaşıb.

“Gənc yaşlarınızda qısa müddət “Arsenal”da çıxış etmisiniz, daha sonra isə onların prinsipial rəqibi “Tottenhem”də uzun illər keçirmisiniz. “Arsenal” hələ də sizin üçün xüsusi rəqibdir? 

Bilmirəm, media oyun öncəsi bu hekayədən mənim üçün olduğundan daha böyük bir şey düzəldir. “Arsenal” güclü komandadır və mən illər ərzində onlara qarşı çoxlu əla matçlar keçirmişəm.

Əlbəttə, “Bavariya”nın heyətində oynamaq “Tottenhem”dəki vaxtlarla müqayisədə bir qədər fərqli hiss etdirir. Bu təcrübəni tamamilə görməzdən gələ bilmərəm, lakin “Bavariya” ilə də “Arsenal”a qarşı dəfələrlə oynamışam. Mənim üçün əsas məsələ öz işimi görmək və oyunda qalib gəlməkdir”, - deyə Keyn bildirib.

“Bavariya” – “Arsenal” qarşılaşması oktyabrın 21-də təşkil olunacaq.

Namiq HUN

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər