Bu şəxslərdən iş icazəsinin alınması tələb olunmayacaq

Bu şəxslərdən iş icazəsinin alınması tələb olunmayacaq
03.11.2026 13:46 Sosial

Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

TodayPress TV xəbər verir ki, layihəyə əsasən, Azərbaycanda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı halların əhatə dairəsi genişləndiriləcək.

Sənəddə bildirilir ki, aqroparkın rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən aqronoma, bağçılıq üzrə mütəxəssisə, baytar həkimə (o şərtlə ki, həmin şəxslər cəlb olunduqları fəaliyyət sahəsində təcrübəyə malik olsunlar) 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınması tələb olunmayacaq.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.


XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər