Hərbi rütbələrin verilməsi qaydası dəyişdirilir

Hərbi rütbələrin verilməsi qaydası dəyişdirilir
03.11.2026 13:35 Sosial

Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir.

TodayPress TV xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında“ qanunlara dəyişiklikdə öz əksini tapıb.

Leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün – 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün – 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər hallarda – 1 il müəyyən edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

TodayPress TV 

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər