“Turan” Çempionlar Liqasında növbəti maneəni dəf edə biləcəkmi?

“Turan” Çempionlar Liqasında növbəti maneəni dəf edə biləcəkmi?
03.11.2026 10:47 İdman

Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının təsnifat mərhələsində növbəti sınağına çıxacaq.

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa” klubu ilə qarşılaşacaq.

Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, “Turan” ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” komandasını iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi rəqibini ilk görüşdə 3:0, cavab matçında isə 3:2 hesabı ilə məğlub edib.

Namiq HUN

TodayPress TV

FOTOLAR

“Turan” Çempionlar Liqasında növbəti maneəni dəf edə biləcəkmi? — 1
“Turan” Çempionlar Liqasında növbəti maneəni dəf edə biləcəkmi? — 2
“Turan” Çempionlar Liqasında növbəti maneəni dəf edə biləcəkmi? — 3
XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər