Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB

Xəstəxanalarda xidmət çeşidləri artırılacaq - TƏBİB
03.11.2026 14:52 Sosial

Bu ilin sonuna qədər TƏBİB tabeliyində fəaliyyət göstərən xəstəxanalarda xidmət çeşidləri artırılacaq.

TodayPress TV xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeniliklər davamlı xarakter daşıyır:

"Cari dövrə qədər olan müddətdə həm oftalmologiya, həm də digər istiqamətlərdə bir çox layihələr olub. İlin sonuna kimi də bir çox layihələrimiz var və həmin layihələr üzrə açılışlarımız nəzərdə tutulacaq, xidmət çeşidləri artırılacaq".


TodayPress TV 

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər