“Qızıl top”un sahibi Simeonenin sözlərinə biganə qalmadı!

“Qızıl top”un sahibi Simeonenin sözlərinə biganə qalmadı!
03.11.2026 12:53 İdman

"Bavariya”nın hücumçusu, “Qızıl top”un sahibi Harri Keyn UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Atletiko” ilə oyun öncəsi Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin onun haqqında söylədiyi fikirlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

Bildirilib ki, argentinalı mütəxəssis ingiltərəli forvardı digər futbolçular üçün nümunə adlandırıb. Keyn isə Simeonenin tərifini yüksək qiymətləndirdiyini bildirib:

“O, müasir dövrün ən yaxşı məşqçilərindən biridir. Ondan belə bir tərif eşitmək mənim üçün böyük şərəfdir.

“Qızıl top”u qazandıqdan sonra reaksiyalar çox parlaq oldu. Mənim bu mükafata gedən yolum, bəlkə də, digər qaliblərin yolundan fərqlənirdi. Bu yolda kifayət qədər çətin anlarla qarşılaşmışam.

Lakin məqsədyönlülük və gərgin əmək sayəsində bu gün sahib olduqlarıma nail ola bildim. Simeone məni və komandamızı dayandırmaq üçün əlindən gələni edəcək. Bizi çətin qarşılaşma gözləyir. Bununla belə, onun xoş sözlərini çox yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, “Atletiko” – “Bavariya” qarşılaşması noyabrın 3-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər