37 illik əməkdaşlıq bitdi: Böyük sponsor mundialdan çəkildi!

37 illik əməkdaşlıq bitdi: Böyük sponsor mundialdan çəkildi!
03.11.2026 12:42 İdman

İsveçin mebel şirkəti “AJ Products” 2027-ci ildə keçiriləcək kişilər arasında hokkey üzrə dünya çempionatına sponsorluqdan imtina edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Expressen” nəşri məlumat yayıb. 

Şirkətin icraçı direktoru Devid Brey bu qərarın İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya millisinin beynəlxalq yarışlara buraxılması ilə bağlı qərarından sonra qəbul edildiyini bildirib.

“CAS-ın Rusiyanın yarışlarda iştirakına icazə verilməsi ilə bağlı qərarından sonra dünya çempionatında brendimizdən və loqotipimizdən istifadə edilməsindən imtina etmək qərarına gəldik. Bu, Rusiyaya qarşı etirazdır. Biznesdə çoxlu çətin qərarlar qəbul etməli oluruq, lakin bu, onlardan biri deyil”, – deyə Breyin bildirib.

Qeyd edək ki, “AJ Products” 1989-cu ildən hokkey üzrə dünya çempionatının böyük sponsorları arasında yer alırdı.

Xatırladaq ki, CAS oktyabrın 30-da Beynəlxalq Buzüstü Hokkey Federasiyasına (IIHF) Rusiya yığmalarının 2026/2027-ci illər mövsümündə qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakına icazə verilməsi barədə qərar qəbul edib.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər