Lekler Antonelliyə xəbərdarlıq etdi: “Gələn il çətin olacaq!”

Lekler Antonelliyə xəbərdarlıq etdi: “Gələn il çətin olacaq!”
03.11.2026 11:54 İdman

“Ferrari” komandasının 29 yaşlı monakolu pilotu Şarl Lekler “Mercedes”in italiyalı sürücüsü, 20 yaşlı Andrea Kimi Antonellini 2026-cı il “Formula-1” mövsümünün çempionu olması münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə monakolu pilot “X” sosial şəbəkə  hesabında yazıb.

Lekler gənc pilotun mövsüm ərzindəki çıxışını yüksək qiymətləndirib.

“Necə də möhtəşəm il oldu, Kimi! Mövsümün əvvəlindən sonuna qədər qüsursuz çıxış etdin. Sən buna layiq idin və sənin adına çox sevinirik.

Gələn il isə çalışacağıq ki, sənin üçün mövsümü bir qədər çətinləşdirək”, – deyə Şarl Lekler bildirib. 

Qeyd edək ki, Antonelli Meksika Qran-prisinin nəticələrinə əsasən mövsümün başa çatmasına bir neçə mərhələ qalmış dünya çempionluğunu təmin edib. O, yarışı üçüncü pillədə başa vurub.

Meksika Qran-prisinin qalibi “Red Bull” komandasının dördqat dünya çempionu Maks Ferstappen olub. “Ferrari”nin yeddiqat dünya çempionu Lyuis Hemilton isə finiş xəttini ikinci keçib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 NOYABR 2026
Bütün Xəbərlər