Kataloniya klubunda daha bir ayrılıq siqnalı verildi
İdman
13.05.2026 17:35
“Barselona” və Robert Levandovski yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında yeni müqavilə üzrə danışıqlar tamamilə dayanıb və polşalı hücumçunun yayda klubdan ayrılması artıq real görünür. Əgər yeni təklif təqdim olunmasa, Levandovski “Barselona”dan azad agent kimi ayrılacaq.
Futbolçu ilə Səudiyyə Ərəbistanı Pro Liqası və MLS klubları maraqlanır. İtaliya təmsilçilərinin də oyunçuya maraq göstərdiyi bildirilsə də, transferin maliyyə baxımından onlar üçün çətin olduğu vurğulanıb.
Qeyd edək ki, 37 yaşlı Robert Levandovski 2022-ci ildən “Barselona”nın formasını geyinir. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Namiq HUN
tag: Barselona,Robert Levandovski,Müqavilə,Klub,Todaypress.tv,
