"Karvan" "İmişli" ilə qarşılaşacaq

"Karvan" "İmişli" ilə qarşılaşacaq
28.07.2025 21:20 İdman

Yeni mövsümə hazırlığını davam etdirən "Karvan" daha bir yoxlama oyunu keçirəcək.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "İmişli" ilə qarşılaşacaq.

İyulun 30-da Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

Xatırladaq ki, sözügedən hər iki komanda yeni mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər