Kapitan qalır: “Qalatasaray” İkardi xəbərlərinə son verdi

Kapitan qalır: “Qalatasaray” İkardi xəbərlərinə son verdi
17.12.2025 11:50 İdman

“Qalatasaray” klubunun baş katibi Eray Yazqan hücumçu Mauro İkardinin komandanı tərk edəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İstanbul təmsilçisinin rəsmisi argentinalı futbolçunun “Qalatasaray” üçün xüsusi önəm daşıdığını qeyd edib. 

Eray Yazqan İkardinin komandanın kapitanı olduğunu, ağır zədədən sonra böyük əzmkarlıq nümayiş etdirərək meydana qayıtdığını vurğulayıb. O, təcrübəli hücumçunun karyerasını “Qalatasaray”da davam etdirəcəyini açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər