Kapitan kimi son dəfə! - Messinin milli komandadakı vida matçı bəlli oldu

Kapitan kimi son dəfə! - Messinin milli komandadakı vida matçı bəlli oldu
30.09.2026 10:29 İdman

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin komandaya qoşulma vaxtı barədə məlumat verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Diario Ole” nəşri məlumat yayıb. 

“Messi ölkəyə həftənin sonunda, millinin Burkina-Faso ilə yoldaşlıq oyunundan sonra gələcək. Lakin oktyabrın 3-də oynamaq istəsə, bunu edə bilər”, - deyə Skaloni bildirib. 

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatının gümüş mükafatçısını üç yoldaşlıq oyunundan ibarət silsilə matçlar gözləyir - Boliviya (30 sentyabr), Burkina-Faso (3 oktyabr) və Benin (6 oktyabr). 

Beninlə keçiriləcək görüş Lionel Messinin Argentina milli komandasının heyətində son oyunu olacaq. Bu qarşılaşmada Leo komandanı kapitan sarğısında meydana çıxaracaq.

Messi Argentina millisinin heyətində 207 oyun keçirib və 125 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər