Kanselu ilə bağlı təyyarə insidenti araşdırılır

Kanselu ilə bağlı təyyarə insidenti araşdırılır
15.12.2025 13:12 İdman

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun müdafiəçisi Jоаu Kanselu təyyarədə qalmaqallı insidentlə gündəmə gəlib.

TodayPress TV xəbər verir ki, portuqaliyalı futbolçu onu telefonla çəkən sərnişinə fiziki müdaxilə edib. 

Hadisənin hansı reysdə baş verdiyi, təyyarənin hara uçduğu, eləcə də Kanselunun “Əl-Hilal”ın forması ilə niyə orada olduğu və zərərçəkən şəxsin kimliyi hələlik açıqlanmayıb.

31 yaşlı müdafiəçi 2024-cü ilin yayından etibarən “Əl-Hilal”da çıxış edir. O, cari mövsümdə klub səviyyəsində 10 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Joau Kanselunun “Əl-Hilal”la müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər