Kannavaro şayiələrə son qoydu: “Özbəkistan millisini məşq etdirmək mənim arzumdur!”
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komandadan ayrıla biləcəyi və İtaliya yığmasında işləyəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “championat” nəşri məlumat yayıb.
“Mediada sizin komandadan mümkün ayrılığınızla bağlı məlumatlar yayılıb. Bunun İtaliya millisində işləmək istədiyiniz barədə dediyiniz sözlərlə əlaqəsi varmı?” sualına təcrübəli mütəxəssis belə cavab verib:
“Özbəkistan millisini məşq etdirmək mənim arzumdur. Arzulamaq normaldır. İtaliya mənim millimdir. Mən orada 20 ildən çox oynamışam. Hər səhər oyanıram, Özbəkistan millisi ilə bağlı işlərimi görürəm. Niyə futbol haqqında soruşmursunuz? Niyə nəsə tapmağa çalışırsınız? Sabah bizim çox yaxşı gənc futbolçularımız olacaq. Mən ilk gündən İtaliya haqqında danışıram. Mənim heç bir problemim yoxdur. Müqaviləm 2027-ci ilin oktyabrına kimidir. Dekabrda yeni turnir olacaq. Biz federasiya ilə danışacağıq. Mən burada xoşbəxtəm, gəlin pozitiv olaq”.
Namiq HUN