Ərdoğan COP31-də sadəcə bir lideri şəxsən qarşılamadı

Ərdoğan COP31-də sadəcə bir lideri şəxsən qarşılamadı
11.11.2026 15:06 Gündəm

Antalyada keçirilən COP31 çərçivəsində Liderlər Sammiti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulidisi şəxsən qarşılamaması diqqət çəkib.

TodayPress TV xəbər verir ki, Ərdoğanın ev sahibliyi etdiyi sammitdə altı qitədən 95 ölkəni təmsil edən 102 lider iştirak edib.

Sammitə qatılan dövlət və hökumət başçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş birlikdə qarşılayıblar. Lakin Xristodulidis Antalya EXPO Mərkəzinə gəldiyi zaman Ərdoğan qarşılama mərasimində olmayıb.

Yayılan görüntülərə əsasən, Rum lider tədbir məkanına daxil olarkən əməkdaşlar ondan bir qədər gözləməsini istəyiblər. Bu zaman ekranda böyük Türkiyə bayrağı nümayiş etdirilib.

Həmin vaxt qarşılama məntəqəsində yalnız Antonio Quterreş olub. Bir müddət gözlədikdən sonra Xristodulidis onun yanına yaxınlaşıb. İkili arasında baş tutan söhbət canlı yayım kameralarına da əks olunub.

Görüntülərdə söhbət zamanı Xristodulidisin üz ifadəsinin dəyişdiyi diqqət çəkib. Bununla belə, onların danışığının məzmunu ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər