Microsoft ABŞ-ın Çinlə bağlı qadağasına qarşı çıxdı
Microsoft ABŞ administrasiyasını Çin istehsalı məlumat mərkəzi komponentlərinin idxalına qoyulması təklif edilən məhdudiyyətlərdən imtina etməyə çağırır.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, şirkət bu məhdudiyyətlərin ABŞ-da süni intellekt texnologiyalarının inkişafını ləngidə biləcəyini Tramp administrasiyasının diqqətinə çatdırıb.
Məlumata görə, Microsoft-un ABŞ-da hazırda 35 məlumat mərkəzi tikilir, daha 134 mərkəzin inşası isə planlaşdırılır. Şirkət hesab edir ki, Çin komponentlərinin idxalına məhdudiyyətlər bu layihələrin həyata keçirilməsinə və süni intellekt infrastrukturunun genişləndirilməsinə mane ola bilər.
Jalə Rövşən