Zelenskidən Trampın Qrenlandiya planına incə atmaca
Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkaya səfəri zamanı ölkənin Ukrayna ilə ortaq sərhədinin olmamasından təəssüfləndiyini bildirərək Rusiyanın Ukraynaya qonşu olmasına yumorla toxunub.
TodayPress TV xəbər verir ki, Zelenski çıxışında Danimarkanı nümunəvi qonşu kimi təqdim edib.
“Ukrayna ilə Danimarka sərhədi olmaması peşmançılıqdır. Sizin qonşularınız bizdən qat-qat yaxşıdır, çünki bizim qonşumuz Rusiyadır. Danimarka kimi qonşu indi hər ölkənin arzusudur”, - deyə o bildirib.
Zelenski ABŞ-da Qrenlandiya ilə bağlı müzakirələrə də zarafatla münasibət bildirib.
“Amerikada kimsə Qrenlandiyanı istəyəndə bəlkə torpaq yox, bir az daha çox danimarkalı olmaq istəyirmiş”, - Ukrayna lideri əlavə edib.
Jalə Rövşən