Qəzza bir il çəkdi, İbrahim Sazişləri üç il yarım - Bəs Ukrayna?
ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında mümkün görüş və sülh razılaşmasının əldə olunmasının uzun vaxt apara biləcəyini bildirib.
TodayPress TV "Clash Report"a istinadən xəbər verir ki, Kuşner danışıqlar prosesinin mürəkkəbliyindən danışarkən əvvəlki beynəlxalq sazişlərin hazırlanmasına sərf olunan vaxtı nümunə göstərib.
O qeyd edib ki, İbrahim Sazişlərinin imzalanması üç il yarım, ABŞ-Meksika-Kanada Sazişinin (USMCA) hazırlanması iki il yarım, Qəzza üzrə razılaşmanın əldə olunması isə bir il çəkib.
Kuşnerin sözlərinə görə, Ukrayna münaqişəsi daha mürəkkəb məsələlərdən biridir və yekun qərarları yalnız dövlət liderləri verə bilər.
“Biz qayaları yuxarı qaldırırıq. Bu, çox, çox çətin bir münaqişədir”, - deyə o bildirib.
Jalə Rövşən