Ukrayna raket gözləyir, ABŞ isə onları Yaxın Şərqə göndərir - Zelenski

Ukrayna raket gözləyir, ABŞ isə onları Yaxın Şərqə göndərir - Zelenski
11.11.2026 16:22 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini şəxsi hakimiyyətini əbədi qorumağa və imperialist, faşist baxışlarını gələcək nəsillərə ötürməyə çalışmaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, Zelenski bu fikirləri Danimarkaya səfəri çərçivəsindəki çıxışında səsləndirib.

“Putin şəxsi hakimiyyətini əbədi saxlamaq və imperialist, bir çox cəhətdən sadəcə faşist baxışlarını növbəti nəsillərə ötürmək istəyir”, - Ukrayna lideri bildirib.

Zelenski çıxışında Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı çətinliklərə də toxunub. O, ABŞ-ın raketləri Yaxın Şərqə yönəltməsinin Ukraynanın müdafiə imkanlarına təsir etdiyini vurğulayıb.

“Raketlər Yaxın Şərqə gedir, bizdə isə boş Patriot sistemləri və rus ballistik raketləri qalır ki, əksər hallarda onları vura bilmirik”, - deyə Zelenski qeyd edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər