İran ABŞ-ın dron müharibəsindəki üstünlüyünü əlindən ala bilər
İran ABŞ dronlarını ələ keçirmək imkanlarını inkişaf etdirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
Onun sözlərinə görə, Tehran elektron müharibə sahəsində ABŞ-a məxsus dronları nəzarətə götürmək və onları zədələmədən bütöv şəkildə yerə endirmək imkanı verən qabaqcıl texnoloji səviyyəyə çatıb.
Jalə Rövşən