Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl!

Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl!
11.11.2026 13:50 İdman

Azərbaycanın yeniyetmə sərbəst güləşçiləri Qazaxıstanda keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

TodayPress TV xəbər verir ki, Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə həsr olunan ənənəvi memorialda U17 millimizin 8 üzvü fəxri kürsüyə yüksəlib.

Böyük məşqçi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında mübarizə aparan komandamız turniri 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Sərbəst güləşçilərimizdən Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medallarına sahib çıxıblar.

Final görüşlərində məğlub olan Hüseyn Rzazadə (55 kq) və Elvin Necəfzadə (92 kq) gümüş medalla kifayətləniblər.

Tunar Həsənov (48 kq) və Nicat Mustafayev (110 kq) isə yarışı bürünc medalla başa vurublar.


Namiq HUN

FOTOLAR

Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl! — 1
Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl! — 2
Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl! — 3
Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl! — 4
Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl! — 5
Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl! — 6
Qazaxıstanda Azərbaycan zəfəri: 8 medal, 4-ü qızıl! — 7
XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər