“Qolden Steyt”in möhtəşəm seriyası: Karri rekorddan rekorda qaçır!
“Qolden Steyt Uorriorz”un oyunqurucusu Stefen Karri NBA tarixində komandasının ən azı 40 xal fərqi ilə qalib gəldiyi matçların sayına görə rekord müəyyənləşdirib.
TodayPress TV “OptaSTATS” statistika xidmətinə istinadən xəbər verir ki, basketbolçu karyerası ərzində belə 17 oyunda iştirak edib. Liqa tarixində indiyədək heç bir oyunçu bu göstəriciyə nail olmayıb.
Rekord müntəzəm çempionat çərçivəsində “Nyu-Orlean Pelikans”a qarşı keçirilən ev oyununda qeydə alınıb. “Qolden Steyt” rəqibini 138:87 hesabı ilə məğlub edərək 51 xal fərqi ilə qələbə qazanıb.
Qarşılaşmada 20 dəqiqədən bir qədər çox meydanda olan Karri 25 xal toplayıb, 5 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə “Qolden Steyt” üçün 2026/2027-ci illər mövsümündə ardıcıl səkkizinci uğur olub. Komanda mövsümə üç məğlubiyyətlə başlasa da, sonrakı oyunlarda ardıcıl qələbələr qazanıb. NBA-də indiyədək heç bir komanda belə nəticəyə imza atmayıb.
Bundan əlavə, Karri cari mövsümdə daha bir tarixi göstəriciyə imza atıb. O, 35 yaşını tamamladıqdan sonra 40 və daha çox xal topladığı oyunların sayını 16-ya çatdırıb. Bu göstəricidə dördqat NBA çempionu 15 belə matçı olan Lebron Ceymsi geridə qoyub.
Namiq HUN