Ərdoğan: 31 il ərzində mühüm irəliləyiş əldə etmişik

Ərdoğan: 31 il ərzində mühüm irəliləyiş əldə etmişik
11.11.2026 15:16 Gündəm

“İlk COP toplantısından ötən 31 il ərzində mühüm irəliləyiş əldə etmişik”.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitində çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, mövcud çətinliklər qarşısında ya şikayətlənmək, ya da ümidlə hərəkətə keçmək lazımdır. O, Türkiyənin çətinliklərə təslim olmaq əvəzinə, həll yolları axtarmağa üstünlük verdiyini vurğulayıb.

Türkiyə Prezidenti COP31-ə ev sahibliyi edən Antalyanın müxtəlif sivilizasiyaları özündə birləşdirən şəhər olduğunu qeyd edib. Onun sözlərinə görə, təbiətə hörmət Türkiyə sivilizasiyasının əsas dəyərlərindəndir və Yer kürəsi qorunmalı olan müqəddəs əmanətdir.

Ərdoğan Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə, problemin deyil, həllin bir hissəsi olmağa çalışdığını bildirib. O, ölkənin yaşıl inkişaf istiqamətində fəaliyyətini davam etdirdiyini, bütün sektorların karbonsuzlaşdırılması və təmiz nəqliyyatın genişləndirilməsi istiqamətində addımlar atıldığını deyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər