Bikalyo üçün transfer mübarizəsi: Braziliyaya, yoxsa Macarıstana?
Pedro Bikalyo qış transfer pəncərəsində “Qarabağ”dan ayrıla bilər.
TodayPress TV “sport24.az”a istinadən xəbər verir ki, klubla 2029-cu ilin yayınadək müqaviləsi olan braziliyalı yarımmüdafiəçi ölkəsinə qayıda bilər.
İlin əvvəlində Braziliyanın “Botafoqo” klubu 25 yaşlı futbolçu üçün 1,5 milyon dollar təklif etsə də, “Qarabağ” bu məbləğlə razılaşmamışdı.
Hazırda Bikalyoya Macarıstanın “Ferentsvaroş” klubu da maraq göstərir. Balkan təmsilçisi qış transfer pəncərəsində “Qarabağ”a müraciət etmək niyyətindədir.
“Köhlən atlar” gözlədikləri məbləğdə təklif alacaqları təqdirdə yarımmüdafiəçinin satışına qarşı deyil.
Qeyd edək ki, Pedro Bikalyo 2025-ci ildən “Qarabağ”da çıxış edir. O, komandanın 2025/2026-cı illər mövsümündə UEFA Çempionlar Liqasındakı uğurlu çıxışında əsas pay sahiblərindən biri olub.
Namiq HUN