Polşa müharibəyə hazırlaşır? - Rusiyaya üstüörtülü mesaj

Polşa müharibəyə hazırlaşır? - Rusiyaya üstüörtülü mesaj
11.11.2026 16:56 Dünya

Polşa regionda ən böyük ordunu formalaşdırır və bu addımın məqsədi ölkənin təhlükəsizliyini təmin etməkdir.

TodayPress TV xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

O qeyd edib ki, Polşa xarici düşmənlərə və təhlükələrə qarşı mübarizə aparmaq iqtidarındadır.

Baş nazirin sözlərinə görə, ölkə hazırda dünyanın 20-ci ən böyük iqtisadiyyatına malikdir və Baltik dənizində mövqelərini gücləndirir.

“Biz regionda ən böyük ordunu qururuq. Heç kimə hücum etmək üçün deyil, təhlükəsiz Polşa evini müdafiə etmək üçün”, - Tusk vurğulayıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
11 NOYABR 2026
Bütün Xəbərlər