Kannavaro millidəki gizli problemi üzə çıxardı!

Kannavaro millidəki gizli problemi üzə çıxardı!
06.08.2026 13:51 İdman

Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komandanın daxilində məşqçilər korpusu barədə yalan məlumatlar yayan şəxsin olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “UzDaily” nəşri məlumat yayıb.

İtaliyalı mütəxəssisin sözlərinə görə, milli komandada onun işi ilə bağlı çoxlu əsassız məlumatlar yayılıb və bunun səbəblərindən biri əcnəbi məşqçi olması ola bilər.

“Kimsə həddindən artıq çox yalan məlumat yayırdı. Ola bilsin ki, bunun səbəbi mənim əcnəbi məşqçi olmağımdır. Tətbiq etdiyimiz qaydaları mən icad etməmişdim, bunlar Avropa standartlarıdır. Niyə bu qədər dezinformasiya yayıldığını başa düşmürdüm. Əvvəlki baş məşqçi çox yaxşı yerli mütəxəssis idi və uğurlu nəticələr qazanmışdı. Amma bu, mənim daim tənqid olunmağım üçün əsas ola bilməzdi. Düşünürəm ki, milli komandanın daxilində bir “köstəbək” var idi”, – deyə Kannavaro bildirib.

Qeyd edək ki, Özbəkistan millisi son dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyunda – Portuqaliya (0:5), Kolumbiya (1:3) və Konqo Demokratik Respublikası (1:3) yığmalarına məğlub olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər