“Kadillak” pilot heyətini açıqladı
ABŞ-nin yeni Formula-1 komandası “Kadillak” 2026-cı il mövsümündə çıxış edəcək əsas pilotlarını müəyyən edib.
TodayPress TV komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, bolidin sükanı arxasında meksikalı Serxio Peres və finlandiyalı Valtteri Bottas olacaq.
Xatırladaq ki, 2024-cü il noyabrın 25-də Formula-1 rəhbərliyi General Motors və onun “Kadillak” brendi ilə razılıq əldə edildiyini açıqlamışdı. ABŞ təmsilçisi 2026-cı ildən “Kral yarışları”nda iştirak edəcək 11-ci komanda olacaq.
Hazırda Bottas “Mercedes” komandasının ehtiyat pilotu funksiyasını yerinə yetirir. Peres isə ötən mövsümün sonunda “Red Bull” ilə yollarını ayırmışdı.
Namiq HUN