Kabo-Verde tarix yazdı
Afrika qitəsinin Kabo-Verde millisi tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, komanda 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçirdiyi oyunda Esvatiniyə 3:0 hesabı ilə qalib gələrək D qrupunda 1-ci yeri tutub.
Kabo-Verde seçmə mərhələdə Kamerunu geridə qoyub.
Xatırladaq ki, Kabo-Verde 2018-ci ildə mundialda iştirak edən İslandiyadan sonra turnirə qatılan ən kiçik ikinci ölkədir.
Namiq HUN