Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır

Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır
03.08.2026 12:06 İdman

“Qolden Steyt” Karriyə sədaqətindən faydalanır. 

TodayPress TV xəbər verir ki, bu barədə “Lakers Lounge” nəşri məlumat yayıb. 

Mənbədə şimali amerikalı jurnalist və “Los-Anceles Leykers” klubunu  işıqlandıran analitik Entoni İrvin “Qolden Steyt Uorriors”un ulduzu Stiven Karri və klubun sahibi Co Leykob barədə fikirlərini bölüşüb.

İrvin hesab edir ki, klub rəhbərliyi Karrinin komandaya olan sədaqətindən öz maraqları naminə istifadə edir.

“Leykob Stiven Karrinin sədaqətindən öz xeyrinə istifadə edir. O anlayır ki, bu sədaqətə arxalanaraq Karrini müəyyən mənada nəzarətdə saxlaya bilər. Sizcə, o, rəhbərliyə bu istiqamətdə təsir göstərməyə davam edəcək?” – deyə İrvin bildirib.

Xatırladaq ki, daha əvvəl jurnalist Brett Sigel Stiven Karrinin mübadilə olunmasını tələb etmək niyyətində olmadığını və komandaya sadiq qaldığını açıqlamışdı.

Bildirilib ki, avqustun 29-dan etibarən Karri “Qolden Steyt”lə yeni müqavilənin müddətinin uzadılması barədə danışıqlar aparmaq hüququ qazanacaq. 

İnsayder Şems Çaraniyanın məlumatına görə, tərəflərin rəsmi danışıqlara məhz avqustun sonunda başlaması gözlənilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 AVQUST 2026
Bütün Xəbərlər