İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət

İsti havada oyunlara fasilə! Futbolçulara bir dəqiqəlik möhlət
11.08.2026 14:05 İdman

Futbol üzrə Azərbaycan çempionatında oyunlar zamanı bir dəqiqəlik su fasiləsi tətbiq ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov məlumat verib.

Qaydalara əsasən, havanın temperaturu 32 dərəcəyə çatdıqda oyun zamanı su fasiləsi tətbiq olunur. Lakin Bakıda havanın rütubətinin yüksək olması nəzərə alınaraq, fasilənin daha aşağı temperaturda da verilməsi mümkündür.

“Bu səbəbdən AFFA nümayəndələri futbolçuların sağlamlığını nəzərə alaraq, hətta 30 dərəcədə də su fasiləsi tətbiq edə bilərlər”, – deyə Həsənov bildirib.

Komitə sədri qeyd edib ki, su fasiləsi bir dəqiqə davam edəcək. Fasilənin tətbiqi ilə bağlı hər iki komandaya oyunöncəsi məlumat veriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər