İspaniyada transfer yağışı: ən bahalı keçidlər bəlli oldu

İspaniyada transfer yağışı: ən bahalı keçidlər bəlli oldu
02.09.2026 08:53 İdman

İspaniyada yay transfer pəncərəsi bağlanıb. 

TodayPress TV “Transfermarkt” portalının məlumatlarına əsasən, 2026-cı ilin yayında La Liqada baş tutan ən bahalı 10 satış və 10 transferi təqdim edib.

La Liqadan ən bahalı 10 satış:

1. Ferran Torres — “Barselona”dan PSJ-yə — 48,5 milyon avro

2. Viktor Munyos — “Osasuna”dan “Liverpul”a — 40 milyon avro

3. Qonsalo Qarsiya — “Real Madrid”dən “Fulhem”ə — 40 milyon avro

4. Matteo Rucceri — “Atletiko”dan “Aston Villa”ya — 25 milyon avro

5. Alvaro Rodriges — “Elçe”dən “Bornmut”a — 25 milyon avro

6. Nobel Mendi — “Rayo Valyekano”dan “Hall Siti”yə — 23,4 milyon avro

7. Tyaqo Almada — “Atletiko”dan “River Pleyt”ə — 20 milyon avro

8. Pep Çavarria — “Rayo Valyekano”dan “Çelsi”yə — 19 milyon avro

9. Serxi Altimira — “Betis”dən “Sportinq”ə — 18,5 milyon avro

10. Qustavo Puerta — “Rasinq”dən “Olimpiakos”a — 16 milyon avro

11. Akor Adams — “Sevilya”dan “Venesia”ya — 16 milyon avro

La Liqanın ən bahalı 10 transferi:

1. Yan Diomande — “RB Leypsiq”dən “Real Madrid”ə — 125 milyon avro

2. Entoni Qordon — “Nyukasl Yunayted”dən “Barselona”ya — 80 milyon avro

3. Rodri — “Mançester Siti”dən “Barselona”ya — 60 milyon avro

4. Mark Kukurelya — “Çelsi”dən “Real Madrid”ə — 55 milyon avro

5. Morten Yulmann — “Sportinq”dən “Atletiko”ya — 40 milyon avro

6. Li Kan İn — PSJ-dən “Atletiko”ya — 35 milyon avro

7. Kristian Romero — “Tottenhem”dən “Atletiko”ya — 33 milyon avro

8. Karlos Espi — “Levante”dən “Real Madrid”ə — 25 milyon avro

9. Karim Adeyemi — Dortmund “Borussiya”sından “Barselona”ya — 22 milyon avro

10. Denzel Dumfris — “İnter”dən “Real Madrid”ə — 20 milyon avro

Beləliklə, yay transfer pəncərəsinin ən bahalı keçidi 125 milyon avro ilə Yan Diomandenin “Leypsiq”dən “Real Madrid”ə transferi olub. Satışlar arasında isə 48,5 milyon avroluq Ferran Torres transferi ilk pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər