İslamiada: Sərbəst güləşçimiz gümüş medal qazandı
Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycan güləşçisi Ağanəzər Novruzov (74 kq) Ər-Riyad turnirinin gümüş medalını qazanıb.
O, finalda İran güləşçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, milli üzvlərindən Arseniy Djioyev (86 kq) multi-idman oyunlarının qızıl, Giorgi Meşvildişvili (125 kq) isə bürünc medalı uğrunda yarışacaq.
Namiq HUN