İslamiada: İdmançılarımız üç növdə çıxış edəcəklər

İslamiada: İdmançılarımız üç növdə çıxış edəcəklər
21.11.2025 09:44 İdman

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, Ər-Riyad turnirinin sonuncu günündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər.

Ciu-citsuda Əmirxan Quluzadə (77 kq) və Maqsudxan Quluzadə (62 kq) multi-idman oyunlarında uğur qazanmağa çalışacaqlar.

Parapauerliftinqdə Zəhra Dadaşova (61 kq) və Ceyhun Mahmudov (59 kq) mübarizə aparacaqlar.

Sərbəst güləşçilərdən Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan 55 medalla (8 qızıl, 18 bürünc, 29 bürünc) ümumi sıralamada 10-cu pillədə qərarlaşıb.

İslamiada bu gün başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər