İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi!
“Red Bull” komandasının pilotu İsak Hacar komanda yoldaşı, dördqat dünya çempionu Maks Ferstappen barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.
Fransalı pilot bildirib ki, Ferstappen xüsusilə yarış günlərində nümayiş etdirdiyi performansla digər sürücülərdən fərqlənir.
“Mən deyərdim ki, Maks hər cəhətdən çox təsiredicidir. Mənim bir dövrədə sürətim kifayət qədər yaxşıdır, amma onun yarışı idarə etmə tərzi tamamilə başqa səviyyədədir. Hazırda üzərində çalışdığım əsas məqam da məhz budur”, – deyə Hacar bildirib.
Qeyd edək ki, daha əvvəl “Formula-1”in sabiq pilotu Robert Dornbos “Mercedes”in artıq Maks Ferstappeni transfer etməyə çalışmayacağını açıqlamışdı.
Namiq HUN