İsa Hüseynov Avropa birinciliyində üç bürünc medal qazandı

İsa Hüseynov Avropa birinciliyində üç bürünc medal qazandı
21.08.2026 21:47 İdman

Azərbaycan ağırlıqqaldıranı İsa Hüseynov Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində üç bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, birdənqaldırma hərəkətində 93 kq çəkini başı üzərinə qaldıran İsa yarışın bürünc mükafatını əldə edib.

60 kq çəki dərəcəsində yarışan Hüseynov təkanlaqaldırmada 116 kq ağırlığın öhdəsindən gələrək yenə ən güclü "üçlüy"ü tamamlayıb.

Beləliklə, iki hərəkətin cəmində 209 kq nəticə göstərən İsa Hüseynov toplamda da Avropa birinciliyinin bürünc medalına sahib olub.

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər