İranın DÇ-2026-da iştirakı viza problemi səbəbindən təhlükə altındadır
İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il Dünya Çempionatının final mərhələsində iştirakının sual altında olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Buna səbəb ABŞ vizalarının rəsmiləşdirilməsi prosesinin həddindən artıq uzanmasıdır.
Tac yaranmış vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib və yaxın günlərdə FİFA nümayəndələri ilə həlledici görüşün keçiriləcəyini anons edib. Danışıqlarda o, viza məsələsinin operativ həlli üçün konkret təminat tələb etmək niyyətindədir. Əgər problem tənzimlənməsə, İranın turnirdə iştirakı uğursuzluğa düçar ola bilər.
Xatırladaq ki, DÇ 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada keçiriləcək.
Aysel Mətləb