İsrail türklərin silah deposunu bombaladı - Gecənin sirli addımı

İsrail türklərin silah deposunu bombaladı - Gecənin sirli addımı
27.10.2026 10:27 Dünya

İsrailin İdlibdə silah və sursat anbarına hava zərbəsi endirdiyi iddia olunur.

TodayPress TV xəbər verir ki, məlumata görə, hədəf Suriyanın yeni hakimiyyətinə aid olduğu bildirilən və Türkiyə istehsalı silahların saxlanıldığı obyekt olub.

Zərbə nəticəsində anbarda güclü partlayış baş verdiyi bildirilir. Hadisəyə aid olduğu deyilən görüntülər sosial şəbəkələrdə yayılıb.

İddialara əsasən, İsrail bu addımlarla Əhməd əş-Şaraanın rəhbərliyi altında Suriyanın silahlı qüvvələrinin Türkiyə tərəfindən silahlandırılmasının qarşısını almağa çalışır.

Hadisənin İsraildə Knesset seçkiləri ilə əlaqəli olduğu da irəli sürülür.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər